BAKI, 20 fevral. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 19-da ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,1 kiloqrama yaxın heroin, 14,7 kiloqramdan artıq marixuana və 1,6 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.