
BAKI, 20 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat yayıb.
Teleqraf xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşlar - 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.