
BAKI, 20 fevral. TELEQRAF
ABŞ-nin Arizona ştatının Marana hava limanında iki kiçik təyyarə toqquşub.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
"Marana Polis Şöbəsi hazırda hadisə yerində araşdırma aparır", - məlumatda bildirib.
"Cessna 172S" və "Lancair 360 MK II" markalı təyyarələrdə yalnız pilotlar olub. Qəza nəticəsində hər iki pilot ölüb.