
GƏNCƏ, 19 fevral. TELEQRAF
Gəncə şəhərində 21 yaşlı qadını avtomobil vurub.
Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, qəza 2004-cü il təvəllüdlü B.Novruzlunun yolu keçmək istədiyi zaman baş verib.
O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.