
GƏNCƏ, 15 fevral. TELEQRAF
Gəncədə həyət evində yanğın olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Səməd Vurğun 63 ünvanında qeydə alınıb.
Vüqar İsmayılova məxsus ümumi sahəsi 40 kvm olan köməkçi tikilinin yanar konstruksiyaları və dama yığılmış köhnə ev əşyaları yanıb.
Yanğın yaxınlıqdakı - Fidan Əkbərovaya məxsus evə də keçib və burada ümümi sahəsi 100 kvm olan evin yanar konstruksiyaları 10 kvm sahədə yanıb.
Əraziyə FHN-in iki yanğınsöndürən avtomobili və briqadası cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən ram edilərək daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.