Fevralın 2-də saat 19:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan müəssisələrə 5 nəfər hospitalizasiya olunub.
Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Abbas Səhhət adına xəstəxanaya yerləşdirilən 2 nəfərə (kişi cinsli) zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb, qapalı kəllə-beyin, sol qolun yerdəyişmiş sınığı diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Qeyd edilib ki, Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya isə 3 nəfər (qadın cinsli) yerləşdirilib. Zəruri tibbi yardım göstərilən, vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Məryəm Surxay
****
02.02.2025 / 20:00
Gəncədə yol qəzasında xəsarət alanların sayı 4-ə çatıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, qəza zamanı 1992-ci il təvəllüdlü Zöhrə Orucova, Səməd Məmmədcəfərov, 52 yaşlı Məhbubə Abbasova və 33 yaşlı Jalə Zeynalova mütəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar şəhər ərazisindəki xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.
***
19:37
Gəncə şəhərində sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus qəza törədib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə "Avtozavod" adlanan ərazidə baş verib.
Qəza zamanı sözügedən avtomobil "VAZ-2106" markalı maşınla toqquşub.
İlkin məlumata görə, qəzada 52 yaşlı Məhbubə Abbasova və 33 yaşlı Jalə Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar şəhər ərazisində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Vəziyyətləri orta-ağırdır.