Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, davaya səbəb az əvvəl başa çatan “Fənərbaxça” - “Qalatasaray” futbol oyunu olub.

Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb.

Hadisə ilə əlaqədar bir neçə nəfərin saxlanıldığı bildirilir.