Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil piyada - 1966-cı il təvəllüdlü Həsənova Sədaqət Novruz qızını vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.