Gəncədə bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözü gedən ünvanda quyuya düşüb. 47 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müayinəsinə baxmayaraq o xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.