Bakıda avtomobil yolu keçən piyadanı vurub.

Teleqraf.com xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

Yolu keçən şəxs 2004-cü il təvəllüdlü Oktay Cəfərov Samir oğludur.

Xəstəxanaya aparılan piyadaya müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi, döş qəfəsinin küt travması və sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.