Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Niftalıyev Fikrət Səməd oğlunu vurub.

Təcili tibbi yardımla xəstəxanaya çatdırılan zərərçəkmişə müayinə zamanı sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.