Gəncədə "Hyundai Elantra" markalı avtomobil ağaca çırpılıb.
Teleqraf.com Publika.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Şahsevənlər küçəsində baş verib.
İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan sürücü və sərnişin ağır bədən xəsarətləri alıb.Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hazırda yaralıların vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.