Hüquq-mühafizə orqanları tərəfindən Binə və Sədərək ticarət mərkəzlərində müxtəlif şirkətlərə icarəyə verilən anbarlarda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı anbarlarda xarici ölkələrdən Azərbaycana idxal olunan malların vergidən yayındırılması və digər qanun pozuntuları ilə bağlı axtarışlar aparılıb.
Keçirilmiş əməliyyatla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.