Bakının Sabunçu rayonunda oğurluq hadisəsinin üstünün açılması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə iyunun 4-də Bakıxanov qəsəbəsində bir nəfərin Bakı şəhər sakini İ.Bəşirzadəyə zor tətbiq edərək içərisində pulu və sənədləri olan çantasını talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Mailov müəyyən edilərək saxlanılıb.

Bundan başqa, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 4-də Bakı şəhər sakini M.İsmayılovun içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı oradan heroin və metamfetamin də aşkar edilib.

Bərdə rayon polis şöbəsinə iyunun 4-də saat 1 radələrində Nifçi kəndi ərazisindən kənd sakini V.İbrahimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıramaqda şübhəli bilinən kənd sakini R.Tanrıverdiyev avtomobillə birgə saxlanılıb.