Abşeron rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini N.Alməmmədli idarə etdiyi “Chevrolet” markalı avtomobillə qarşıda gedən Bakı şəhər sakini Rəşid Adıgözəlovun və Xırdalan şəhər sakini V.Xəlilovun idarə etdikləri mopedləri vurub.

Nəticədə R.Adıgözəlov hadisə yerində ölüb, digər mopedçi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.