Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 150 kv.m olan birmərtəbəli obyektin (ofis, yeməkxana) yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.