Oğuz rayonunun Baş Daşağıl kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.