Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, aprelin 8-də, saat 1 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində R.Şıxalıyevin idarə etdiyi “Opel” və V.Alcanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Şıxalıyevin sərnişini Qahir Tarverdiyev xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.