Rusiyanın Kostroma vilayətindəki evlərin birində güclü yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 5 nəfər ölüb .

"1987-ci il təvəllüdlü qadın tapılaraq xəstəxanaya çatdırılıb. O, təcili tibbi yardım maşınında dünyasını dəyişib. Yanğın söndürüldükdən sonra hadisə yerində 2 uşaq və 2 kişinin meyiti aşkarlanıb", - məlumatda deyilir.