Abşeronda zəhərlənmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü H.İsayeva yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.