Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.