Pirallahı rayonunda öməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Pirallahı rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.