Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.