Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edən Kimyaçılar qəsəbə sakini A.Əsgərov aprelin 7-də qəsəbə ərazisində 2 nəfərin onu döyüb, mobil telefonunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qasımov və A.Səlimli müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.