Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

1998-ci il təvəllüdlü Mikayılov Mikayıl Bəxtiyar oğlu idarə etdiyi motosikletlə idarəetməni itirərək avtomobillə toqquşub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.