Sumqayıt şəhərində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, şəhərinin 11-ci mikrorayon ərazisində şəhər sakini O.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi B.Əliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.