Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Çiyni kəndi ərazisində Xəlilli kənd sakini C.Kərimov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Fərhad Həsənovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Ağsu rayon polis şöbəsində araşdırma aparılır.