Bakının Binəqədi rayonu ərazisində ağır qəza hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Teymur Ağayev idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı maneəyə vurub və nəticədə sürücü hadisə yerində ölüb.