BAKI, 19 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın enerji obyektlərinə növbəti zərbələrin endirilməsinə qarşıdır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp İsrailin İranın Cənubi Pars qaz yatağına planlaşdırdığı hücum barədə əvvəlcədən məlumatlandırılıb və bunu Hörmüz boğazının bağlanması fonunda Tehrana mesaj kimi dəstəkləyib. ABŞ lideri Tehranın bu mesajı başa düşdüyünə inanır, buna görə də İranın enerji infrastrukturuna növbəti zərbələrə qarşıdır. Amma nəşrin mənbələri Trampın gələcəkdə mövqeyini dəyişə biləcəyi ehtimalını istisna etmirlər.