BAKI, 26 sentyabr. TELEQRAF

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda 90 mindən çox insan yaşayır, təhsil alır və işləyir.

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində azad edilmiş ərazilərdə müasir yaşayış məntəqələri salınır, ağıllı şəhər və kəndlər yaradılır.

Bayramov minatəmizləmə prosesinin əsas problemlərdən biri olaraq qaldığını vurğulayıb. Onun sözlərinə görə, 2020-ci ildən bəri 400-dən çox insan mina qurbanına çevrilib.