BAKI, 27 mart. TELEQRAF
Rusiyadan İrana göndərilən humanitar yüklər Astara keçidindən yola salınıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, humanitar yüklər Astara dəmir yolu sərhəd keçid məntəqəsinə çatıb.
Yüklər adət üzrə yoxlanıldıqdan sonra İrana yola salınıb.
23:33
Rusiyadan İrana humanitar yük qatarı Astara stansiyasına çatıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, İrana humanitar yardım daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus yük qatarı axşam saatlarında Azərbaycanın cənubunda yerləşən sonuncu stansiya olan Astara stansiyasına çatıb.
Qeyd edək ki, 31 konteynerdən ibarət humanitar yüklərin ümumi çəkisi 300 tondan çoxdur.
***
10:11
İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Qaradağ" stansiyasına çatıb.
Teleqraf xəbər verir ki, dərman vasitələrindən ibarət yükün ümumi çəkisi 300 tondan çoxdur.
Qeyd edək ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü - dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.