BAKI, 25 mart. TELEQRAF
İranın paytaxtı Tehran yaxınlığında yerləşən Vəramin şəhərinə endirilən zərbə nəticəsində azı 12 nəfər həlak olub, 28 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, hadisə ABŞ və İsrailin həyata keçirdiyi hücum zamanı baş verib.
Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin iri şəhərlərini əhatə edib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə buna cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirdiyini bildirib. Nəticədə İsrail ərazisi ilə yanaşı, ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə də zərbələr endirildiyi qeyd olunur.