BAKI, 24 mart. TELEQRAF
ABŞ və İsrail İranda qazpaylayıcı stansiya və qaz kəmərinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bildirilir ki, İsfahanda qaz təsərrüfatının idarə binası və qazpaylayıcı stansiya hücuma məruz qalıb.
Məlumata əsasən, zərbə nəticəsində həmin obyektlərin bəzi hissələri və yaxınlıqdakı yaşayış evləri zədələnib.
Qeyd olunur ki, Xorrəmşəhr şəhərində yerləşən elektrik stansiyasının qaz kəmərinə də zərbə endirilib.
Bildirilib ki, hadisə nəticəsində ölən yoxdur.
Xatırladaq ki, daha əvvəl “Al Hadath” telekanalı İranın cənubunda yerləşən Bəndər-Lənqə limanının da hücuma məruz qaldığını xəbər vermişdi.