.jpg)
BAKI, 26 fevral. TELEQRAF
"33 il əvvəl Qarabağın Xocalı şəhərində baş vermiş faciənin ildönümündə Türkiyə Cümhuriyyətinin Bakı nümayəndələri olaraq Azərbaycan xalqı ilə birlikdəyik. Biz abidə qarşısında Xocalı şəhidlərini anmağa gəlmişik".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin ziyarətindən sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin gecə erməni silahlıları tərəfindən günahsız və dinc insanlar qətlə yetirilib:
"Bu faciə hələ də ürəyimizi sızıldadır. Həmin vaxt bir çox Azərbaycan vətəndaşı itkin düşüb və bu hadisə insanlıq adına silinməz bir ləkə kimi tarixə yazılıb. Bu cür faciələrin bir daha yaşanmaması üçün Türkiyə və Azərbaycan daim birlikdə olmağa və qardaşlığımızı gücləndirməyə davam edəcək".