Türk Dövlətləri Təşkilatı (TDT) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, təşkilat bununla bağlı “X” sosial media hesabında paylaşım edib:

“Tarixə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”.