Azərbaycan və Ermənistan heç vaxt sülhə bu qədər yaxın olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Asan deyil, hətta çox çətindir, amma sülhün mümkünlüyü heç vaxt bu qədər yaxın olmayıb. Biz döyüşməyi bilirik, buna görə də Ermənistana, erməni xalqına sülh gətirməyə borcluyuq. Bir çox məsələlərdə bir-birimizlə razılaşmaya bilərik, amma bu məsələdə həmrəy və sülhə nail olmalıyıq, bütün qonşularımızla normal münasibətlər qurmalıyıq”, - spiker bildirib.
Simonyan erməniləri qonşuları (Azərbaycan) ilə dinc şəraitdə yaşamağa çağırıb.