Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Argentinanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi çərçivəsində ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələrə dair məsələlər müzakirə olunub.

Xaçaturyan Zelenskiyə “Sülh qovşağı” layihəsi çərçivəsində Ermənistanın regionda (Azərbaycanla) sabit və davamlı sülhün bərqərar olmasına yönəlmiş addımları barədə məlumat verib.