“Özbəkistan prezidenti Şuşaya səfər edən ikinci xarici ölkə lideri olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib. Özbəkistan prezidenti səfər çərçivəsində Füzuli və Şuşaya gedəcək. Beləliklə, Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra bir xarici dövlətin başçısı kimi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, xüsusən Şuşa şəhərinə səfər edən ikinci şəxs olacaq.
Qonşu tərəfin reaksiyasını görək. “İşğal olunmuş şuşi” və Özbəkistan liderinin səfəri haqda nə deyəcəklər. Bu dəfə hansı qurumlara şikayət edəcəklər? BMT Təhlükəsizlik Şurasın? Fransa Senatına? Kimə, Özbəkistana?”, - ekspert bildirib.