BAKI, 25 sentyabr. TELEQRAF
Şəmkirdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Teleqraf xəbər verir ki, sentyabrın 23-də Vəliyev Vidadi Rəhim oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən piyada Qasımova Almaz Ədil qızını vurub.
Almaz Qasımova aldığı xəsarətlər nəticəsində müalicə olunduğu Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.