Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qızı Əminəni doğum günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva İnstaqramda şeir paylaşıb və qızını təbrik edib: "Ad günün mübarək, Əminə!".

Uşaqları eşidin, əziz ata-analar,
Uşaq oyuncaq deyil, onun öz aləmi var.
Uşaq da bir insandır, insanların içində,
Adı ilə bağlıdır, neçə ümid, arzular.