Türkiyə Böyük Millət Məclisinə (TBMM) bomba xəbərdarlığı edilib.

Xəbərdarlıqdan dərhal sonra binada olanlara məlumat verilib və binanı tərk etmələri istənilib.

Cümhuriyyət Xalq Partiyasının Ankaradakı millət vəkili Aylin Nazlıyaka narazılığını bildirərək deyib:

“Bu binaya 132000 lirə pul xərclənib, çatışmazlıqlar bitmək bilmir, tez-tez problem yaşanır. İndi isə gah təbii qaz təhlükəsi, gah da bomba xəbərdarlığı edilir”.


TBMM sədrinin yardımçısı İhsan Vəziroğlu isə bunun sadəcə, yanğından mühafizə təlimi olduğunu deyərək hər şeyin qaydasında olduğunu bildirib.

/axar.az/