BAKI, 19 oktyabr. TELEQRAF

Pakistan Yəməndəki Husi üsyançılarının hücumları fonunda Səudiyyə Ərəbistanına krallığı müdafiə etmək üçün bütün lazımi dəstəyi göstərəcək.

Teleqraf xəbər verir ki, bunu Pakistan silahlı qüvvələrinin mətbuat katibi general-leytenant Əhməd Şərif Çaudri "Independent Arabia"ya verdiyi açıqlamada bildirib:

"Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi, xüsusən də iki müqəddəs məkanın təhlükəsizliyi çox vacibdir. Pakistan üçün bu, müzakirə mövzusu deyil. Bunun üçün lazımi dəstək artıq göstərilir və göstərilməyə davam edəcək".

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə Birgə Müdafiə Alyansının üzvləridir. Daha əvvəl, oktyabr ayında ölkələr İranın dəstəklədiyi husilərin hücumlarına qarşı durmaq üçün çəkindirmə tədbirlərini həyata keçirmək və dərhal krallığa qüvvələr göndərmək barədə razılığa gəlinib.

İslamabad və Ər-Riyad eyni vaxtda ikitərəfli müdafiə müqaviləsi imzalayıblar. Bu müqaviləyə əsasən, ölkələrdən birinə hücum hər ikisinə qarşı təcavüz aktı hesab ediləcək.