BAKI, 2 oktyabr. TELEQRAF

Məşhur rusiyalı hücumçu Artyom Dzyuba futbolçu karyerasını başa vurub.

Teleqraf xəbər verir ki, 38 yaşlı forvard bu barədə özü açıqlama verib.

Dzyuba son olaraq Rusiyanın “Akron” klubunda çıxış edib. O, klubdan ayrıldıqdan sonra azad agent statusunda idi.

Təcrübəli hücumçu karyerası ərzində “Spartak Moskva”, “Rostov”, “Zenit”, “Lokomotiv”, Türkiyənin “Adana Dəmirspor” və “Akron” klublarının formasını geyinib.

Dzyuba 2011-2025-ci illərdə Rusiya millisində çıxış edib və 56 oyunda 31 qol vurub.