BAKI, 2 oktyabr. TELEQRAF

İtaliya təmsilçisi “Roma” İspaniyanın “Real Madrid” komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağı planlaşdırır.

“Roma” ötən yay Endrikin icarəyə götürülməsi üçün “Real Madrid”lə razılığa gəlməyə yaxın olub. Lakin həmin vaxt baş məşqçi Joze Mourinyonun müdaxiləsi həlledici olub. Portuqaliyalı mütəxəssis braziliyalı futbolçunu Madrid klubunda qalaraq əsas heyətdə yer uğrunda mübarizə aparmağa inandıra bilib.

“Roma” rəhbərliyi isə Endrikin mövsümün əvvəlində aldığı oyun vaxtını diqqətlə izləyir. Braziliyalı futbolçu bu mövsüm cəmi 4 dəqiqə meydanda olub.

Əgər Endrik daha çox oynamaq üçün “Real Madrid”dən ayrılmağın zəruri olduğunu düşünərsə, “Roma” yanvarda onun icarəsi ilə bağlı danışıqları yenidən aktivləşdirəcək.

Qeyd edək ki, Endrik ötən mövsüm Fransanın “Olimpik Lion” klubunda icarə əsasında çıxış edib.