BAKI, 2 oktyabr. TELEQRAF

İspaniyanın “Real Madrid” klubu Almaniyanın “Bayer Leverkuzen” komandasının müdafiəçisi Cərell Kuansanı heyətinə qatmaq istəyir.

​Teleqraf xəbər verir ki, bu barədə "BILD" nəşri məlumat yayıb.

​Mənbənin sözlərinə görə, Madrid təmsilçisi 23 yaşlı ingiltərəli futbolçunun Bundesliqa çıxışlarını diqqətlə izləyir və onun oyun keyfiyyətlərini yüksək qiymətləndirir.

​Gələn yay transfer pəncərəsində heyətini ən azı iki yeni müdafiəçi ilə gücləndirməyi planlaşdıran "Kral klubu" üçün Kuansa əsas variantlardan biri hesab olunur.