BAKI, 6 avqust. TELEQRAF
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ” Kiyev “Dinamo”su (Ukrayna) ilə ilk oyuna çıxıb.
Teleqraf xəbər verir ki, Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena”da keçirilən qarşılaşma Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
Görüşün 90-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Cebrail Makretskis qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
***
22:54
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən Kiyev “Dinamo” - “Qarabağ” oyununda Azərbaycan çempionu azlıqda qalıb.
Teleqraf xəbər verir ki, “Qarabağ”ın futbolçusu Cebrail Makretskis matçın 90-cı dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.
***
22:09
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən Kiyev “Dinamo” - “Qarabağ” oyununun ikinci hissəsi başlayıb.
Teleqraf xəbər verir ki, Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena” stadionunda keçirilən qarşılaşmada ilk hissədən sonra hesab Ukrayna təmsilçisinin xeyrinədir - 1:0.
Matçda yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
***
21:50
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən Kiyev “Dinamo” - “Qarabağ” oyununun ilk hissəsi başa çatıb.
Teleqraf xəbər verir ki, Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena” stadionunda keçirilən qarşılaşmanın ilk 45 dəqiqəsi Ukrayna təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Matçda yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.
***
21:12
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirilən “Dinamo” - “Qarabağ” oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena” stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi önə keçib.
Matçın 10-cu dəqiqəsində Matvey Ponomarenko fərqlənərək hesabı 1:0 edib.
***
21:00
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə “Qarabağ” arasında keçirilən ilk oyun başlayıb.
Teleqraf xəbər verir ki, qarşılaşma Polşanın Lublin şəhərində yerləşən “Lublin Arena”da keçirilir.
Oyunu Danimarkadan olan baş hakim Morten Kroq idarə edir.