BAKI, 5 avqust. TELEQRAF
“Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, Valdas Dambrauskasın komandası Danimarka təmsilçisi “Orhus”un qonağı olacaq.
Qarşılaşmanı Sloveniyadan olan FIFA referisi Rade Obrenoviç idarə edəcək. Randers stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, “Sabah” iki oyunun nəticəsinə əsasən “Orhus”u mübarizədən kənarlaşdıracağı təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer-Şeva” (İsrail) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında cavab görüşü avqustun 11-də Masazırda keçiriləcək.