BAKI, 27 aprel. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Hazırda 55 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alan Kurban Berdıyevin komandası qələbə qazanacağı halda, 45 xalla 4-cü pillədə qərarlaşan Rəşad Sadıqovun kollektivindən fərqli olaraq avrokuboklara vəsiqəni təmin edəcək.
Günün son qarşılaşmasında isə lider “Sabah” “Bank Respublika Arena”da autsayder “Karvan-Yevlax”la üz-üzə gələcək. Baş hakim Kamranbəy Rəhimovun idarə edəcəyi görüş saat 20:00-da start götürəcək. Hazırda Valdas Dambrauskasın komandası 69 xalla turnir cədvəlinin ilk pilləsində, Fizuli Məmmədovun kollektivi isə 14 xalla son pillədə yer alıb.
Qeyd edək ki, öncə keçirilən “Qəbələ” – “Araz-Naxçıvan” matçında (1:1) qalib müəyyənləşməyib, “Şamaxı” “Kəpəz”ə (2:0) qalib gəlib, “İmişli” “Sumqayıt”a (0:2), “Neftçi” isə “Qarabağ”a (1:5) məğlub olub.
Azərbaycan Premyer Liqası
XXIX tur
27 aprel
18:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirməmməd Məmmədov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
20:00. “Sabah” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”