BAKI, 5 aprel. TELEQRAF
Türkiyə Superliqasının XXVIII turunda “Fənərbağça” “Beşiktaş”ı qəbul edib.
Teleqraf xəbər verir ki, Şükrü Saracoğlu stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qolu 90+11-ci dəqiqədə Kərəm Aktürkoğlu penaltidən vurub.
Bu nəticədən sonra “Fənərbağça” xallarını 63-ə çatdıraraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Beşiktaş” isə 52 xalla 4-cü sırada yer alır.
Hazırda turnir cədvəlinə 64 xalla “Qalatasaray” liderlik edir.