BAKI, 4 aprel. TELEQRAF
Türkiyə Süper Liqasının XXVIII turunda çempionluq yarışında “Qalatasaray” ”Trabzonspor”un qonağı olub.
Teleqraf xəbər verir ki, Akyazı Stadionunda baş tutan derbi meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Trabzon təmsilçisi 63 xalla “Fənərbağça”nı geridə qoyaraq turnir cədvəlində lider “cim-bom”la xal fərqini 1-ə endirib.